Cümə, 29 Mart

Axtarış

Türkiyə” üzrə 695 nəticə tapıldı

13.08.2023 - 18:46

Bodrumda 4,8 bal gücündə ZƏLZƏLƏ

Türkiyənin Bodrum bölgəsində zəlzələ olub. Xəbər verilir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, səhər saat 10:49-da Egey dənizində Krit adası ilə Bodrum arasında 4,8 bal gücündə zəlzələ baş verib.


09.08.2023 - 10:41

Türkiyədə zəlzələ oldu

Türkiyənin mərkəzi hissəsində 4.2 maqnitudalı zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Kahramanmaraşdan 74 kilometr aralıda və 5 kilometr dərinlikdə yerləşib.


07.08.2023 - 13:31

Qısqanc qadın ərini öldürdü

Türkiyədə qadın 7 ay öncə evləndiyi ərini qısqanclıq zəminində öldürüb. Məlumat verilir ki, Uşakda evlərində mübahisə zamanı ərini bıçaqlayaraq öldürən Emine Aka ifadəsində qətlin səbəbini açıqlayıb. Aka bildirib ki, hadisə həyat yoldaşını qısqandığı üçün mübahisə davaya çevrilən zaman baş verib.  Səs-küyü eşidən qonşular polis və təcili tibbi yardım çağırıblar. Həkimlərin ilk müdaxilə


02.08.2023 - 14:31

Ərdoğanla Putin arasında telefon danışığı başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Xəbər verilir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.


31.07.2023 - 18:13

Bu tarixdə Putinlə Ərdoğanın telefon danışığı olacaq

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi bilinmir, iki ölkə lideri avqustun 2-də telefonla danışacaqlar”. Xəbər verilir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.  “Vladimir Putinin görüş barədə açıqlamasından sonra dəyişən heç nə yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çərşənbə günü telefon danışığı planlaşdırılır”, - deyə Peskov bildirib.


30.07.2023 - 14:52

Ürək və təzyiq xəstələrinə CİDDİ XƏBƏRDARLIQ - Yay aylarında...

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib. Xəbər verilir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib. Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi


28.07.2023 - 19:20

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq - Peter Siyarto

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq. Xəbər verilir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyənin xarici İşlər naziri Hakan Fidanla birgə keçirdiy mətbuat konfransında deyib. "Yeni dövrdə Türkiyənin rolu daha böyükdür. Bu, təkcə Macarıstan üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün çox vacibdir", - deyə Macarıstanın xarici işlər naziri bildirib.


28.07.2023 - 14:30

Pınar Dənizlə Kaan Yıldırım evlənir

Türkiyənin məşhur cütlüyü Pınar Dənizlə Kaan Yıldırım evlilik qərarı alıb. Xəbər verilir ki, cütlük ölkə xaricində nikah masasına əyləşəcək. Pərəstişkarları onların fotolarını müşahidə edərək Londonda kirayə götürəcəkləri evi də tapıblar.


25.07.2023 - 19:28

Burak Özçivitin bir paylaşımı 2,7 milyona başa gəlir

Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb. Xəbər verilir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır.  Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.


25.07.2023 - 11:24

100 min rus Türkiyədə yaşamaq izni aldı

Təkcə ötən ildə 99 min rus Türkiyədə yaşamaq icazəsi alıb. Xəbər verilir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜRKstat) məlumat yayıb. Məlumata görə, ruslar ölkədə yaşamaq icazəsi almış əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir.


25.07.2023 - 09:41

Türkiyədə güclü zəlzələ

Türkiyənin Adana vilayətində zəlzələ olub.  Xəbər verilir ki, bu barədə AFAD məlumat yayılıb.  Bildirilib ki, vilayətin Kozan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5.5 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 11.27 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 


24.07.2023 - 14:54

Türkiyə yeni havadan müdafiə sistemi yaratdı

Türkiyənin ASELSAN şirkəti yeni hava hücumundan müdafiə sistemi hazırlayıb. Xəbər verilir ki, bu barədə TRT kanalı məlumat yayıb. Bildirilir ki, “Gürz” adlı sistem aşağı hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. “Gürz” pilotsuz uçuş aparatları (PUA), helikopter, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer sursatlarını məhv edə biləcək. Hava hücumundan müdafiə


Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45