Cümə axşamı, 28 Mart

Axtarış

Rusiya” üzrə 7120 nəticə tapıldı

24.03.2022 - 12:22

Zelenski rus analara müraciət etdi: “Oğullarınıza həqiqəti deyin”

“Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də ancaq öz torpaqlarımıza sülh gətirmək üçün hər şey edirik”. Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. “Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ö


24.03.2022 - 11:30

Savaşın 29-cu günü: Ukrayna son durumu açıqladı

Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını


24.03.2022 - 11:06

Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Kiyevdən uzaqlaşdıra bilib. Xəbər verilir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi bildirib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.   “Rusiya qüvvələri Kiyevin mərkəzindən 55 km şərqdə yerləşir, bu dünən onların olduğu məkandan 25-35


24.03.2022 - 10:40

Bu müharibənin qalibi olmayacaq - Stoltenberq

Rusiya nüvə bəyanatlarını dayandırmalıdır. Xəbər verilir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, bu həm təhlükəlidir, həm də məsuliyyətsizlikdir: “NATO bütün müttəfiqlərini qorumaq üçün buradadır. Biz Rusiyaya açıq mesaj veririk: Nüvə müharibəsində heç kim qalib gələ bilməz. Müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, bu, Ukrayna hüdudlarından kənara çı


24.03.2022 - 10:15

Bu gün NATO, AB və G-7 toplanır: nə qərar verəcək?

Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək: NATO-nun fövqəladə zirvəsi, G-7 zirvəsi və Avropa İttifaqı liderlərinin görüşü. Hər üç görüşdə Moskvaya qarşı yeni addımların atılması qərarı gözlənilir, lakin bu qərarların Rusiyanın Ukraynada işğal hücumunu dayandıracağı gözləntisi azdır. Ukraynanın əsas iki tələbi var: - Hava məkanının bağlanması; - Döyüş təyyarə


24.03.2022 - 09:49

Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını


24.03.2022 - 09:25

Ukraynada Rusiya ordusunun 100-dən çox təyyarəsi məhv edilib

Ukraynada əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 105 təyyarəsi məhv edilib. Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç operativ məlumatlarla bağlı brifinqdə deyib. “Gün ərzində düşmənin altı təyyarəsi, bir helikopteri, beş pilotsuz uçuş aparatı və beş qanadlı raketi vurulub. Hazırda düşmənin 105 təyyarəsi məhv edilmiş sayılır. Bu, beşdən çox aviasiya alayı və ya ayrıca hava ordusudur”, - deyə Aretoviç vurğulayıb. Onun


24.03.2022 - 09:00

Bu gün Ərdoğan Baydenlə görüşəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq. Xəbər verilir ki, tərəflər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər. Türkiyə liderinin, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da tə


23.03.2022 - 21:30

Rusiyada "Google" internet xidmətinə giriş məhdudlaşdırıldı

Rusiyada Ukraynada hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlara çıxışı təmin etdiyinə görə "News.Google" internet xidmətinə məhdudiyyət qoyulub. Xəbər verilir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.


23.03.2022 - 19:00

Putin kimyəvi silah deməklə buna işarə edir - Bayden

Rusiyanın kimyəvi silahdan istifadə ehtimalı əsl təhdiddir. Putin küncə sıxışdıqca sərt taktikalardan istifadə edə bilər. Xəbər verilir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. "Putinin Kiyevin əlində bioloji silah olduğuna dair iddiaları həqiqətə uyğun deyil. Rusiya liderinin bu iddiaları gündəmə gətirməsi Ukraynada bioloji və ya kimyəvi silahdan istifadə etməyi düşündüyünə açıq işarədir", - Bayden bildirib.


23.03.2022 - 17:20

Putinin xüsusi nümayəndəsi istefa verdi

Rusiya Prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays tutduğu vəzifədən istefa verib. Xəbər verilir ki, bu barədə Rusiya Prezidentin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev “RİA Novosti”yə bildirib. Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası öz mənbələrinə istinadən Çubaysın Rusiyanı tərk etdiyini yazmışdı.


23.03.2022 - 16:57

Rusiya Avropa çempionatının ev sahibliyi üçün UEFA-ya müraciət etdi

Rusiya 2023 və 2028-ci il Avropa çempionatının ev sahibliyi üçün UEFA-ya müraciət edib. Xəbər verilir ki, bu barədə goal.com saytı məlumat yayıb.  Bildirilib ki, Rusiya ilə yanaşı Türkiyə və Böyük Britaniya da qitə futbol qurumuna məktub göndərib. 


Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56