Bazar ertəsi, 06 May

Axtarış

Rusiya” üzrə 7226 nəticə tapıldı

15.05.2023 - 18:26

446-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 446-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 425 təyyarəsi, 233 helikopteri, 4156 PUA-sı, 421 zenit-raket kompleksi, 9169 tank və digər zirehli texnikası, 1100 reaktiv yaylım atəş sistemi, 4821 artilleriya və minaatanı, 10214 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o


15.05.2023 - 14:51

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək. Xəbər verilir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov qeyd edib ki, operativ iclasın bu gün keçirilməsi planlaşdırılıb.


15.05.2023 - 14:35

Kreml: “Türkiyədəki seçkiləri diqqətlə izləyirik“

“Rusiya Türkiyədəki prezident və parlament seçkilərini böyük diqqətlə izləyir”.  Xəbər verilir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mayın 15-də jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir: “Rusiyam ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır.


14.05.2023 - 15:45

Ermənistandan yeni Qarabağ sayıqlaması – “Rusların yerinə...”

“Ermənistan Qarabağda Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çalışır”. Xəbər verilir ki, bunu politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın bu separatçı cəhdlərinin heç bir nəticə verməyəcəyi qənaətindədir: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni tərəfinin Azərbaycanla danışıqlarda bəzi yanaşmalarına aydınlıq gətirə bilə


14.05.2023 - 14:01

Rusiyanın bir gündə 2 təyyarə və 2 heliokopteri VURULDU

Rusiyanın Bryansk vilayətində mayın 13-də iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcılarından ibarət aviaqrup məhv edilib. Xəbər verilir ki, vurulan hərbi hava maşınlarının ekipajları həlak olub.  Məlumata görə, qırıcı təyyarələr Ukraynanın Çerniqov vilayətindəki hədəfləri raketlə bombardman etməli, helikopterlər isə arxa cəbhəni saxlamalı idi. Regional hakimiyyət orqanları digər hallarla bağlı məlumat verməyib.


13.05.2023 - 16:53

"Rusiya müharibəni uduzsa, Ermənistanın başına nə gələcəyini bilmirəm" - Paşinyan

“Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm”. Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan başçılıq etdiyi hakim Mülki Müqavilə Partiyasının toplantısında bildirib. İclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat


13.05.2023 - 15:49

SON DƏQİQƏ! Fransa öldürücü silahlarla Azərbaycana qarşı hərəkətə keçir

“Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsinin əsas məqsədi regiondakı təhlükəsizlik sistemini zədələmək, sülhə təhdid formalaşdırmaq və danışıqlar prosesinə kölgə salmaqdan ibarətdir. Əlbəttə, burada xarici qüvvələrin işi də qeyd olunmalıdır”. Bu sözləri politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, sabah Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurası


13.05.2023 - 13:15

“Mənim yeganə günahım odur ki...” - Saakaşvili ETİRAF ETDİ

“Mənim yeganə günahım Rusiyanın “burnunun dibində” əsl dövlət yaratmağımdır”. Xəbər verilir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib. O, bu barədə öz Facebook səhifəsində yazıb: “İstəyirəm bütün tərəfdarlarım və sağlam düşüncəli insanlar başa düşsünlər ki, artıq iki ilə yaxındır mənə tamamilə qondarma ittihamlarla və günahsı


13.05.2023 - 12:43

Ukrayna ordusu Baxmutda yeni əraziləri azad etdi

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərində Rusiya qoşunlarını ən azı daha bir kilometr geri sıxışdırıb. Xəbər verilir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ruslar Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib: “Son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mə


12.05.2023 - 16:11

Ukrayna Soledarda bütün təmas xətti boyunca hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri Soledar yaxınlığındakı bütün təmas xətti boyunca hücuma keçib.  Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi  məlumat yayıb.  Məlumata görə, sözügedən ərazidə təmas xəttinin uzunluğu 95 kilometrdən çoxdur. Ukrayna Silahlı Qüvvələrinin taktiki istiqamətində hücuma mindən çox hərbçi, o cümlədən 40-a qədər tank cəlb edilib.


12.05.2023 - 15:26

"Zelenskiyə it zəhəri içərək intihar etməyi məsləhət görürəm" - Medvedev

Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev sosial şəbəkədəki yazısı ilə diqqət çəkib.  Xəbər verilir ki, o, teleqram kanalında Ukrayna lideri Volodimir Zelenskiyə Hitler kimi it zəhəri içərək intihar etməyi məsləhət görüb.


12.05.2023 - 14:45

Putin Təhlükəsizlik Şurasını toplayıb

Rusiya Prezidenti Vladimir Putin videoəlaqə formatında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib. Xəbər verilir ki, bu barədə TASS məlumat yayıb.


Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58