“PSJ” üzrə 122 nəticə tapıldı
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi növbəti titulunu qazanıb. Xəbər verilir ki, 35 yaşlı hücumçu Paris klubunun heyətində Liqa 1-in qızıl medallarına yiyələnməklə karyerasında 11-ci çempionluğunu əldə edib. Təcrübəli forvard buna səfərdə səfərdə "Lans"la 1:1 hesablı heç-heçə etdikləri XXXIV tur matçından sonra nail olub. Bu, həmçinin Messinin İspaniya "Barselona"sından fərqli komandada qazandığı ilk çempionluq
Fransanın PSJ klubunun hücumçusu Lionel Messi zədələnib. Xəbər verilir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Argentinalı hücumçunun axill vətərində problem aşkarlanıb. 35 yaşlı forvard bu səbəbdən Liqa 1-in 33-cü turu çərçivəsində baş tutacaq “Anje” ilə matçı buraxacaq. Ulduz oyunçunun durumu barədə növbəti açıqlama 2 gündən sonra veriləcək. Messi ilə yanaşı, Marko Verratti, Presnel Kimpembe,
Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçiriləcək. Xəbər verilir ki, günün mərkəzi matçında PSJ “Real”ın qonağı olacaq. Bu komandalar arasında ilk qarşılaşmada Paris klubu 1:0 hesabı ilə qalib gəlib. “Mançester Siti” doğma meydanda “Sportinq”lə qarşılaşacaq. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi böyük üstünlüyə malikdir. 9 mart 00:00. “Mançester Siti” – “Sportinq” İlk oyun - 5:0 00:00. “
Braziliya millisi və Fransa PSJ-sinin futbolçusu Neymarın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs həbs olunub. Xəbər verilir ki, 20 yaşlı şəxs braziliyalı hücumçunun 37 000 avro pulunu oğurlayıb. Saxlanılan şəxsin cinayətkar qrupun üzvü olduğu bildirilib. Dələduzluqda iştirak edən digərlərinin də şəxsiyyətləri müəyyən edilib.
Fransa PSJ-si İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiani Ronaldunu heyətinə qatmaq üçün maraqlı təklif hazırlayır. Xəbər verilir ki, Paris təmsilçisi portuqaliyalı hücumçunu hazırkı baş məşqçisi Maurisio Poçettino ilə dəyişdirmək niyyətindədir. Argentinalı mütəxəsissin gedişindən sonra komandanın sükanı arxasına Zinəddin Zidanın keçəcəyi iddia olunur. Mançester təmsilçisində özünü xoşəbəxt hiss etmə
Fransalı məşqçi Zinəddin Zidan PSJ klubu ilə razılaşıb. Məlumata görə, 49 yaşlı mütəxəssis məşqçi karyerasını bərpa edəcək. Z.Zidanın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, son dəfə Zinəddin Zidan Madridin "Real" klubunun baş məşqçisi vəzifəsində çalışıb.
İngiltərənin "Çelsi" klubu futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb. Məlumata görə, 37 yaşlı müdafiəçi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb. Braziliyalı oyunçu London komandasında ötən mövsümdən forma geyinir. "Sambaçı" cari mövsüm 17 matçda 2 qol vurub. Xatırladaq ki, Tiaqo Silva daha əvvəl Fransanın PSJ, İtaliyanın "Milan", Portuqaliyanın "Portu", Braziliyanın "Juventude" və "Fluminense" klublarında çı
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub. Xəbər verilir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, Messiylə yanaşı Xuan Bernat, Serxio Riko və Natan Bitumazala da virusa yoluxub. Qeyd olunub ki, bütün oyunçular özünü təcrid edib və mövcud protokolun tələblərinə əməl edirlər.
PSJ-nin hücumçusu Lionel Messi bu gün karyerasını başa vurduğunu elan edən “Barselona”nın hücumçusu Serxio Aqueroya müraciət edib. “Demək olar ki, bütün karyeramız birlikdə keçib, Kun... Biz birlikdə həm gözəl, həm də o qədər də xoş olmayan anlar yaşadıq. Lakin bu anlar bizi getdikcə daha da birləşdirdi, dostluğumuz daha da gücləndi. Biz meydandan kənarda da gözəl anlar yaratmağ
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Xəbər verilir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib. 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. UEFA Çempionlar Liqası 1/8 final mərhələsi "Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya) "Vilyarreal" (İspaniya)
UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib. Xəbər verilir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb. A qrupunda PSJ Fransada Belçika "Brügge"sini darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1
“Qızıl top”un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb. Xəbər verilir ki, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb. "Frans Futbol" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub. Mükafata Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 7-ci dəfə layiq görülüb. O, təqdimetmə mərasimində həyat yoldaşı və 3 oğ