Bazar ertəsi, 06 May

Axtarış

Nazir” üzrə 8746 nəticə tapıldı

05.05.2024 - 14:55

Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskini axtarışa verib. Xəbər verilir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib. Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi qeyd olunmayıb. Rusiya DİN eyni zamanda Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu cinayət işi üzrə axtarışa verib.


05.05.2024 - 10:11

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi ilə qidalanmada az yağ və şirniyyat, çoxlu təzə tərəvəz, meyvə, balıq və yüksək keyfiyyətli yağlar var. Alimlər 182 min insanın


04.05.2024 - 21:41

Şimali Qafqaz ayaqlanır - Rusiya üçün həyəcan siqnalı

“Son iki ayın statistikası Rusiya hakimiyyəti üçün həyəcan siqnalına səbəb olmalıdır”. Xəbər verilir ki, bu fikirlərlə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib. Onun sözlərinə görə, hazırda Şimali Qafqaz qaynayır: “Martın 2-də “Milli Antiterror Komitəsi” Karabulak şəhərində (İnquşetiya) keçirilən əməliyyat nəticəsində 6 silahlının öldürüldüyünü açıqlayıb. Respublikada “antiterror əməliyyatı


04.05.2024 - 12:55

Fransalı nazir narkoloji testdən keçirilib - SƏBƏB

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. Xəbər verilir ki, nazir qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib.Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Bruno Le Maire spirtli içki və narkotik testindən keçib və hər iki testin nəticəsi mənfi olub.


04.05.2024 - 12:36

Bakıda evdən 7 minlik qızıl-zinət əşyası oğurlanıb

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


02.05.2024 - 19:06

Azərbaycanda sabiq nazir hər ay görün nə qədər pul mənimsəyirmiş... - ŞOK RƏQƏM

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Xəbər verilir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə


02.05.2024 - 17:10

Netanyahunun kortejinə hücum cəhdi olub

İsrailin Baş naziri Binyamin Netanyahunun kortejinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Xəbər verilir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə Tel-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verib. 58 yaşlı şübhəli dindirilməyə göndərilib. Onun şəxsiyyəti ilə bağlı təfərrüatlar verilmir.


02.05.2024 - 13:40

Bu taksi sürücülərinə ŞAD XƏBƏR - RƏSMİ

1 iyul tarixinədən taksi fəaliyyəti üçün icazə alanlar bir sıra üstünlüklərə malik olacaqlar. Bu barədə , Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Artıq 1 aydır ki, yaşı 15 ili keçməyən


02.05.2024 - 12:30

İtaliyalı deputat "duty free"dən ətir oğurladı

İtaliya parlamentinin deputatı və keçmiş nazir Pyero Fassino Romanın "Fiumicino" hava limanında "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir. Xəbər verilir  ki, bu barədə "Repubblica" qəzeti yazıb.  Bildirilir ki, Roma yaxınlığındakı Civitavekkiia prokurorluğu Fassinonu şübhəli şəxs siyahısına daxil edib. Deputat aprelin 15-də cibində ətir bir mağazadan çıxarkən görüntülənib. Müşahidə kameraları Fassinonun kassadan kənarda 100 avroluq ətiri pulunu ödəmədən götürərək


02.05.2024 - 10:25

“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq” - Paşinyan

“Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”. Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də öz ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. “Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Ola bilsin ki, biz öz suveren ərazimizi tərk edək, çünki bu ərazidə (Tavuşda – red.) Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunları xidmət edəcək”, – o qeyd edib.


02.05.2024 - 10:03

Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət etdi

Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında yazıb. O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynə


01.05.2024 - 20:55

Bakıda qarajda yanğın olub, ölən var

Bakıda qarajda yanğın olub, ölən var. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlə


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15