Cümə, 03 May

Axtarış

Barselona” üzrə 139 nəticə tapıldı

20.01.2023 - 18:36

Məşhur futbolçu saxlanıldı

Braziliya millisinin və “Barselona” klubunun sabiq üzvü Dani Alveş İspaniyada hakim qarşısına çıxarılıb. Xəbər verilir ki, futbolçu cinsi qısnamada təqsirləndirilir. Məlumata görə, 39 yaşlı D.Alveş bir neçə gün əvvəl Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini seksual qısnamaya məruz qoyub. Xatırladaq ki, D.Alveş hazırda Meksikanın “Pumas” klubunda çıxış edir.


16.01.2023 - 09:00

“Barselona” “Real Madrid”i məğlub etdi - Superkubokun qalibi oldu

İspaniya Superkubokunun qalibi müəyyənləşib. Xəbər verilir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib. Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub. Qolları Qavi, Levandovski və Pedri vurub. "Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.


24.12.2022 - 10:02

Dünyanın ən bahalı futbolçuları məlum oldu – SİYAHI

Kilian Mbappe DÇ-2022-dən sonra “Transfermarkt”ın versiyasına görə dünyanın ən bahalı futbolçusu olub. Portal PSJ-nin və Fransa millisinin hücumçusunun qiymətini 180 milyon avroya qaldırıb. Bununla da Mbappe dünyanın ən bahalı futbolçuları siyahısında 170 milyon avro dəyərində qiymətləndirilən “Mançester Siti”nin hücumçusu Erlinq Holandı geridə qoyub. Xatırladaq ki, 2022-ci il dünya çempionatından əvvəl Mbappe 160 milyon avro dəyərində qiymətləndirilirdi. Ən


22.12.2022 - 16:35

“Barselona” Messini qaytarmaq istəyir

“Barselona” PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istəyir. Xəbər verilir ki, Kataloniya klubunun prezidenti Joan Laporta yaxın günlərdə argentinalı ilə danışıqlara başlayacaq. Amma argentinalının qayıdışı PSJ ilə müqaviləsi baş çatdıqdan sonra baş tuta bilər.  Təcrübəli futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatacaq. 


14.12.2022 - 19:45

Fransanı yarımfinala daşıyan qeyri-fransızlar, Mərakeşlə sensasiyaya imza atan ikili vətəndaşlar

Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinalında mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq. Oyuna maraq o qədər böyükdür ki, hər iki komandanın heyətində çıxış edən futbolçuların etnik kimlikləri də futbol ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Belə ki, Fransa millisinin əsas heyət oyunçuları arasında yalnız bir futbolçu – 


13.12.2022 - 21:36

Neymara bəraət verildi

Braziliya millisinin ulduz futbolçusu Neymarla bağlı İspaniya məhkəməsində qaldırılan dələduzluq işinə xitam verilib. Xəbər verilir ki, braziliyalı futbolçu 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna transferi ilə bağlı imzaladığı müqavilənin saxta olması sübuta yetirilməyib. Həmçinin, oyunçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayəti rədd edilib.


19.11.2022 - 20:06

“Barselona” DÇ-2022-yə rekord sayda oyunçu yola salır

“Barselona”nın 17 futbolçusu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün milli komandalarına çağırılıb. Məlumata görə, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Bu rəqəm bütün dünya çempionatları tarixində rekord göstəricidir. “Barselona”dan dünya çempionatına gedəcək futbolçular Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert


08.11.2022 - 14:31

“Barselona” karyerasını bitirdiyini elan edən Pikeni meydana qaytarır

Kataloniyanın “Barselona” klubu İspaniya çempionatının 14-cü turunda səfərdə “Osasuna”ya qarşı keçirəcəyi matçla əlaqədar futbolçularının iştirak ərizəsini təqdim edib. Maraqlıdır ki, bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib. İspaniya mətbuatı yazır ki, onun səfər oyununa aparılması komandadakı futbolçu çatışmazlığı ilə bağlıdır. Mə


30.10.2022 - 19:10

“Barselona” La Liqada tarixi rekorda imza atdı

Barselona” La Liqada ən çox “quru oyun” keçirən klub olub. Komanda turnirdəki 12 matçın 10-da qapısını toxunulmaz saxlaya bilib. La Liqa tarixində heç bir komanda mövsümün analoji dövrü ərzində daha yaxşı nəticə əldə edə bilməyib. Bu 12 qarşılaşmada “Barselona” 10 qələbə qazanıb, bir heç-heçə edib, bir dəfə isə “Real Madrid”ə uduzub.


20.10.2022 - 20:39

La Liqa dayandırıla bilər

İspaniya çempionatı yeni idman qanunu ilə bağlı mübahisələrə görə dayandırıla bilər. La Liqanın prezidenti Xavyer Tebas yarışların oktyabrın 28-dən dayandırılması məsələsini nəzərdən keçirmək üçün La Liqa və Sequnda klublarının oktyabrın 27-nə növbədənkənar iclasını təyin edib. Mümkün dayandırılmaya səbəb İspaniya klublarının ölkədəki yeni idman qanunundan narazılığıdır.


14.10.2022 - 11:43

Neymar həbs oluna bilər

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.  Xəbər verilirnki, 30 yaşlı hücumçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti onun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib. İddiaya əsasən, təcrübəli forvard "Barselona" klubunda çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkə


08.10.2022 - 09:00

Hava hadisələri ilə bağlı 2022-ci ilin ən yaxşı FOTOLARI

Böyük Britaniya Kral Meteorologiya Cəmiyyəti “Weather Photographer of the Year” (“İlin Hava Fotoqrafı”) müsabiqəsinin nəticələrini açıqlayıb. 2022-ci ildə dünyanın 119 ölkəsindən fotoqraflar qatılsa da, yalnız səkkiz əsər ən yaxşı kimi tanınıb. Məlumata görə, onların arasında Kristofer İzonun Böyük Britaniyanın Şərqi Sasseks qraflığında çəkdiyi “Storm Eunice” fotosu nüfuzlu müsabiqənin ümumi qalibi seçilib. İkinci yer: Çjenxuan Çjou/“Frozen”. Niaqara şəlalə


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15