Cümə axşamı, 18 Aprel

Axtarış

Azərbaycan” üzrə 8615 nəticə tapıldı

13.08.2021 - 20:55

Sarkisyan Qarabağa gəldi

Ermənistanın üçüncü prezidentini Serj Sarkisyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlib. Xəbər verilir ki, bu barədə Sarksiyanın mətbuat xidməti məlumat yayıb. Sarkisyan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras monastrına baş çəkib.


13.08.2021 - 20:25

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün 63 547 nəfər vaksinasiya olunub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


13.08.2021 - 18:18

Xanım direktora cinayət işi AÇILDI

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddə


13.08.2021 - 17:36

Saxta peyvənd pasportu verən həkimlər belə cəzalandırılsın - TƏKLİF

Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COViD-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdənsə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı


13.08.2021 - 16:51

Azərbaycanlı teleaparıcı həmcinsi ilə ailə qurub?

Azərbaycanlı teleaparıcının Amerikada həmcinsi ilə ailə qurduğu iddia olunur.  Xəbər verilir ki, aparıcı Səxavət Nur həmcinsi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib: “Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər ş


13.08.2021 - 15:15

Bəs, Jirinovskinin Azərbaycana gəlişinə niyə qadağa qoyulmur?

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadəyə bu ölkənin ərazisinə 50 illik müddətinə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Bu barədə TASS-a Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib. Nazirliyin xəbərində deyilir: "Bu gün Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədova və


13.08.2021 - 14:15

Ermənistan silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti


13.08.2021 - 13:14

"Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

"Neftçi” və "Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib.  Xəbər verilir ki, bu, Avropa Liqasında mübarizəni dayandıran "Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi” (Hayfa) komandasını mübarizədən kənarlaşdırmalıdır. Yəhudilər Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində evdə 7:2 hesabı ilə yendiyi "Torshavn”


13.08.2021 - 12:33

Ermənistan Laçın, Füzuli, Xocalı və Şuşanı ATƏŞƏ TUTDU - MN

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaş


13.08.2021 - 10:52

Putin Lukaşenkonu təqaüdə yola salır

“Rusiya Lukaşenkonu yola salmağa qərar verib. Bu, yeni yox, ötən il Belarusda başlayan xalq hərəkatından sonra (hətta istisna deyil ki, daha əvvəl) verilmiş qərardır”. Məlumata görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, Qərb də bunu bilir və Lukaşenkoya qarşı sanksiya üstünə sanksiya qoyur: “İlk baxışdan anlamağın çətin olduğu paradoksal situasiya yaranıb: Lukaşenko Rusiyanın dərin inteqrasiya (faktiki birləş


13.08.2021 - 10:13

Türkiyə və Azərbaycana qarşı yeni terror təşkilatı quruldu – Foto

Ermənistan POQA adlı məktəbdə Türkiyə və Azərbaycana qarşı pulsuz hərbi təhsil verən yeni terror təşkilatı qurub. Xəbər verilir ki, terrorçuların Feysbuk səhifəsi “Düşmənimiz sərhədin o tərəfindədir” şüarı ilə fəaliyyət göstərir. Türkiyənin “Haber7” saytının məlumatına görə, Hərbi Vətənpərvərlik Məktəbi (POQA) adlanan qurum PKK və ASALA terror təşkilatları tərəfində


13.08.2021 - 09:37

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 206 251 780 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 348 193 xəstə ölüb, 185 102 328 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (37 203 649 nəfər), Hindistan (32 117 826 nəfər), Braziliya (20 285 067 nəfər), Rusiya (6 534 791 nəfər) və Fransadır (6 398 983 nəfər). Türkiyədə 6 018 485, İranda 4 320 266, Gürcüstanda 466 326 , Ermənistanda isə 233 400 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28