Bazar ertəsi, 06 May

Axtarış

Azərbaycan” üzrə 8710 nəticə tapıldı

17.11.2021 - 10:43

Üçüncü müharibə? – “Bu, Rusiyanın maraqlarına cavab verir” 

Noyabrın 14-dən başlayaraq, Azərbaycanla Ermənistanın dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində intensiv döyüş əməliyyatları davam edir. Dünən hər iki tərəf artilleriya və zirehli texnikadan istifadə edib. Günün sonunda isə Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olundu. Hadisələri şərh edən siyasi təhlilçi Rauf Mirqədirov xatırladıb ki, bu toqquşmalar ikinci Qarabağ müharibəsindən ə


17.11.2021 - 09:40

BMT Bakı və İrəvana müraciət edib

BMT rəsmi Bakı və İrəvanı təmkinlilik nümayiş etdirməyə, ziddiyyətləri sülh yolu ilə həll etməyə çağırır. Xəbər verilir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib. "Hazırda bəzi məlumatlar alırıq. Amma şübhəsiz ki, son zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Və bu xəbərləri yoxlamaq məcburiyyətindəyik",


16.11.2021 - 21:30

Rusiya XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya Azərbaycan və Ermənistan dövlət sərhədindəki gərginliyin tez bir zamanda azaldılması üçün hər iki tərəflə də əlaqə saxlayır. Bu barədə Rusiya Xarici İşlər Nazriliyindən Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətlə bağlı açıqlamada bildirilib. “Vəziyyətin tez bir zamanda dinc axara qayıtması üçün hər iki tərəflə təmasdayıq”, - deyə qeyd olunub.


16.11.2021 - 21:00

Paşinyan yenə Putinə ZƏNG ETDİ - DETALLAR

Rusiya Prezidenti Paşinyanla telefonla danışıb. Xəbər verilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Danışıqda sərhəddəki vəziyyət müzakirə olunub. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş verən silsilə insidentlərdən sonra yaranmış vəziyyəti telefonla müzakirə ediblər.


16.11.2021 - 20:21

“Hayastan” bloku Paşinyanın istefasını tələb edir

Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı “Hayastan” bloku  bəyanat yayıb. Xəbər verilir ki,  blok  Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını və yeni hökumətin qurulmasını bəyanatda qeyd edib. “Nikol Paşinyan hökuməti itkilər,parçalanma və xaos gətirir. Vəziyyətin tam həlli bu orqanların getməsidir. Nikol Paşinyanın istefasından sonra bütün mümkün qüvvələ


16.11.2021 - 19:40

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.


16.11.2021 - 19:15

Ermənistan MN: “Silahlı qüvvələrin 12 üzvü azərbaycanlı hərbçilər tərəfindən saxlanılıb”

Yeddisi müddətdən artıq, beşi isə müddətli hərbi qulluqçu olmaqla 12 erməni hərbçi qarşı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məsələ ilə bağlı əlavə təfərrüat açıqlanmayıb. 


16.11.2021 - 17:30

Ermənilərin tank əleyhinə qurğusu və minaatanı məhv edildi

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Xəbər verilir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Xəbərdə bildirilir ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.  Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.


16.11.2021 - 16:29

Karantinin sərtləşdirilməsi gözlənilir?

Səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı sualı cavablandırıb. Xəbər verilir ki, T.Musayev hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqinin nəzərdə tutulmadığını deyib: “Ölkədə vəziyyət nəzarət altındadır. Hazırda heç bir əlavə tədbirlər düşünülmür”.


16.11.2021 - 16:09

Düşmən Kəlbəcər və Laçında genişmiqyaslı TƏXRİBAT TÖRƏTDİ - Hərbçilərimiz yaralandı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələ


16.11.2021 - 15:48

Ermənistan artilleriya qurğularından istifadə edir - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş


16.11.2021 - 14:43

"İrəvan-Gorus yolu azərbaycanlıların nəzarətindədir" - Ohanyan

"Ermənistanın məğlubiyyətindən sonra, xüsusilə Geqarkunik və Zəngəzurda sərhəd gərginliyi davam edir".  Xəbər verilir ki, bu sözləri “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Milli Assambleyada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə  görə, Ermənistan Respublikasının hazırkı hakimiyyəti məğlubiyyət ilə barışıb: “Beynəlxalq təcrübə göstərir ki, məğlub olan hakimiyyət həmişə rəqibin


Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15