Cümə, 29 Mart

Axtarış

Azərbaycan” üzrə 8522 nəticə tapıldı

15.07.2022 - 14:15

Sabah 43 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.


15.07.2022 - 13:54

Paşinyan Laçının boşaldılmasını qəsdən ləngidir

Azərbaycan  Laçın şəhərindən yan keçən yeni yolun Ermənistan hissəsinin tikintisini də öz üzərinə götürmək istəyib, amma... Ermənistan hökuməti Kornidzor (Qafan rayonu) kəndindən keçən Laçın dəhlizinə alternativ olan yeni yolun 8 kilometrlik hissəsinin tikintisi üçün tender elan etməyə hazırlaşır. “Hraparak” qəzetinin məlumatına görə, tender avqustda elan olunacaq. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni


15.07.2022 - 12:49

“Qarabağdakı sülhməramlılar vaxtından əvvəl gedəcək”

“Rusiya sülhməramlıları Qarabağdakı separatçılara maddi və mənəvi dəstək verməkdə davam edirlər”. Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərli deyib. O, Qarabağdakı separatçı qurumun silahlandırılması məsələsinə toxunub. Hərbi ekspert Ermənistandan Qarabağa gələn çağırışçılardan da söz açaraq deyib: “Onların gözü qarşısında Ermənistandan gələn çağırışçılar mülki avtomobillə gəlirlər,


15.07.2022 - 12:06

Azərbaycanda ərzaq qıtlığı ola bilərmi? - AÇIQLAMA

"Qlobal ərzaq qıtlığının müşahidə olunduğu, qiymətlərin yüksəldiyi bir dövrdə ərzaq təhlükəsizliyi məsələsi kifayət qədər aktualdır".  Bunu açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dövlət tərəfindən bu istiqamətdə preventiv addımlar davam etdirilir: "Nazirlər Kabineti tərəfindən güzəşt mexanizminin genişləndirilməsi, ehtiyatlarımızın artırılması ilə bağ


15.07.2022 - 11:25

Urmiya gölü yoxa çıxır: Ekoloji fəlakət, yoxsa qəsd? – Müsahibə

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, güneyli milli-mədəni fəal Məhsa Mehdili müsahibə verib. Onunla müsahibəni təqdim edirik. - Urmiya gölünün 95 faizinin artıq quruduğu bildirilir. Sizcə, əsrlərdir Urmiyanın, bütöv Güney Azərbaycanın simvollarından biri sayılan göl niyə qurudu, bunun qarşısını almaq mümkün idimi? Bu məsələdə Tehrandakı dini-siyasi hakimiyyətin rol oynadığını deyə


15.07.2022 - 09:21

Aİ-nin xüsusi nümayəndəsi Bakıda səfərdədir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edib. Xəbər verilir ki, bu barədə məlumatı T.Klaar öz rəsmi tviter hesabında paylaşıb. Onun sözlərinə görə, Bakıda bir sıra vacib görüşlər keçirəcək. Xatırladaq ki, Klaar Bakıdan əvvəl iyulun 13-ü Ermənistana səfər edib.


14.07.2022 - 19:50

Emreli “Dinamo”nun “ikinci komanda”sına göndərildi

Sabah Xorvatiya çempionatında yeni mövsüm start götürəcək. Xəbər verilir ki, mövsümün ilk oyununda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi son çempion "Dinamo Zaqreb"lə "Lokomotiv" komandaları üz-üzə gələcək. Emreli prinsipial matçda iştirak etməyəcək. Bunu oyunöncəsi mətbuat konfransında "Dinamo"nun baş məşqçisi Ante Çaçiç açıqlayıb:"Son məşqdə 20 futbolçu var idi. Hansı ki, "Lokomotiv"lə matçda iş


14.07.2022 - 19:09

Azərbaycanda COVİD-19-a gündəlik yoluxma artır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Xəbər verilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539


14.07.2022 - 15:13

Van Dammın azərbaycanlı qudası gözəlliyi ilə heyran etdi - FOTO

Dünyaca məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kris Van Dammla evlənən azərbaycanlı pianoçu Suada Hacızadə yeni paylaşımı ilə diqqət çəkib. Xəbər verilir ki, Suada doğum gününü qeyd edən anası ilə birgə fotolarını sosial şəbəkə hesabında paylaşaraq onu təbrik edib. O, bacısının da yer aldığı fotoya “biz səni sevirik, ana” şərhini əlavə edib. S.Hacızadənin anası isə gözəlliyi ilə diqqət çə


14.07.2022 - 14:53

Meymunçiçəyi daha çox gəmirici heyvanlardan yoluxur

Artıq bir müddətdir meymunçiçəyi virusunun yayılması səbəbindən əhali arasında ciddi narahatlıq yaranıb. Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma faktlarının aşkarlanması isə bu narahatlığı daha da artırır.  Belə ki, Türkiyə, İran və Gürcüstanda meymunçiçəyinə yoluxma faktları qeydə alınıb. Rusiyada da meymunçiçəyinə ilk yoluxma faktı artıq təsdiq edilib. Xəstəlik Avropa səfərindən qayıdan vətəndaş


14.07.2022 - 13:52

Aİ Rusiyadan imtina edib, Azərbaycan qazını ALACAQ

Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq və boru kəmərini genişləndirmək üçün Azərbaycanla saziş bağlamağı təklif edib. Xəbər verilir ki, layihə Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya qazından asılılığı azaltmaq üçün Aİ-nin səylərinin bir hissəsidir. "Tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilədək hər il ən azı 20 milyard


14.07.2022 - 13:07

Sabah dənizdə 27° isti olacaq

İyulun 15-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti  yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-55 % olacaq.


Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45