“Azərbaycan” üzrə 4024 nəticə tapıldı
"Qarabağ" klubu cari mövsüm vurduğu qolların sayını 100-ə çatdıra bilər. Məlumata görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda indiyədək bütün turnirlərdə 98 dəfə fərqlənməyə müvəffəq olub. "Köhlən atlar" Azərbaycan Premyer Liqasında 65, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb. Ağdam təmsilçisi daxili yarışlarda 80 dəfə qol sevinci yaşayıb.
2021-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 1,146 milyon manat olub. Xəbər verilir ki, bu məlumat qurumun maliyyə hesabatında öz əksini tapıb. Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 8,8% azdır.
Ötən gün "Miss & Mister Azerbaijan 2022" yarışması keçirilib. Xəbər verilir ki, bir çox iştirakçının qatıldığı yarışmada bir xanım və bir bəy müsabiqənin qalibi olub. Xanımlar arasında model Nurlanə Vəliyeva "Miss Azərbaycan 2022" adına layiq görülərək birinci yeri qazanıb. Bəylər arasında isə model İsa Ələkbərov ilk yerdə qərarlaşıb. Ona fəxri "Мister Azərbaycan 2022" titulu verilib.
Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində "Müharibə veteranı" adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib. Nazirlikdən
Dünyada buğda ajiotajı yaranan kimi Hindistan Ticarət Nazirliyi bu məhsulun ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul etdi. Yerli medianın Hindistan mətbuatına istinadən dərc etdiyi məlumatlarda qeyd olundu ki, hökumətin yüksək səviyyəli rəsmiləri Hindistanın dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətində olduğ
Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib. Məlumata görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib. Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.
Ölkəmizə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir qərar imzalayıb. Bəs çörəyin hazırlanmasında istifadə olunan bu əlavələrin gömrük rüsumundan azad edilməsi çörəyin qiymətinə necə təsir edəcəkmi? Bu gündən etibarən çörək mayaları dövlət rüsumundan azad edilib. Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. İlin
Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. İki ildən sonra maskasız həyata geri qayıtsaq da, metroda vətəndaşların yoxlamaları hələ də davam edir. Maska ləğvindən sonra metro polisi tərəfindən sərnişinlərin yoxlanılması daha da artıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev
Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2516 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Xəbər verilir ki, Sərəncamın birinci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri "rəqəmsal inkişaf və nəqliyyat”
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 399 hektar ə
Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. Məlumata görə, o, bu barədə sosial şəbəkə hesabında bildirib. A.Fərmanqızı hava limanından görüntülərini paylaşaraq Rusiyaya, həyat yoldaşının yanına getdiyini deyib: “Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir”. Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xü