Cümə axşamı, 02 May

Axtarış

Abutalıbov” üzrə 33 nəticə tapıldı

11.01.2024 - 11:03

Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə edib - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib. Xəbər verilir ki, belə bir iddia ilə Türkiyənin Artigercek.com saytı çıxış edib. Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib. Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı


28.11.2023 - 10:04

Onlar indi hardadır? – Oliqarxların kreslosuz həyatı

Hazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında “kadrları” ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz. Belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib... Bununla belə keçmiş


07.04.2023 - 15:30

“Hacıbala Abutalıbovla İlqar Abbasov rayondakı torpaqları satıb, zəbt ediblər”

“Seçildiyim Suraxanı rayonunda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacağam, burada 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bir rayonda icra başçısı olmuş İlqar Abbasov rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”. Xəbər verilir ki, bu fikirləri deputat Etibar Əliyev Milli Məclisin iclasında deyib. Həmçinin oxuyun: Бизнесмен напал на машину чиновника? Millət vəkili vurğulayıb ki, həmin şəxslərə


05.02.2023 - 14:35

Tahir İmanovu ölümlə təhdid edən kim olub? - “Hacıbala Abutalıbov isə...”

"Ümummilli lider Heydər Əliyev konsertlərimizə gələndə çox az adam bizə irad bildirərdi. Çox az məmur qrim otağına qalxıb, bizə nəsə deyərdi".  Xəbər verilir ki, bunu müsahibəsində "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib. Tahir İmanov "Parni iz Baku” dövründə məmurlarla bağlı baş verən əhvalatlardan danışıb: "Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov


03.08.2022 - 13:51

Pensiya yaşını keçmiş rayon rəhbərləri: 75-ni tamamlayan icra başçıları var — SİYAHI

2018-ci ildə keçirilən prezident seçkisindən sonra hakimiyyətin başlatdığı kadr dəyişiklikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu. Baş nazirlərin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra, demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi.  Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bə


29.07.2022 - 10:33

Abutalıbovun qanunsuz göydələnləri yenidən gündəmdə - sabiq mer gizlənir...

Bakıdakı qanunsuz tikililər mövzusu hər zaman dövlət başçısı İlham Əliyevin nəzarətində olub. İddialara görə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində daha çox qanunsuz tikililərlə bağlı məsələyə görə BŞİH-dəki işini itirməli olub. Çünki onun işdən çıxarılmasından bir müddət əvvəl prezident yanında keçirilən müşavirədə qanunsuz tikililərlə bağlı məsələ gündəmə gəlmişdi. Prezident


16.05.2022 - 11:06

Hacıbala Abutalıbovun kadrı HƏBS EDİLDİ

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Xəbər verilir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb. C. Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.  Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlə


16.03.2022 - 18:31

Rasim Quliyev məhkəmə zalından azadlığa buraxıldı - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb. Xəbər verilir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda yekun qərar verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və R.Quliyevin cəzası şərti hesab edilməklə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, 2010-2018-ci illərdə BŞİH-də aparat rəhbəri olan R.Quliyev 2021-ci


23.12.2021 - 16:10

Rasim Quliyevə 3 il cəza verildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, R.Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. O, bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.


09.12.2021 - 15:11

Rasim Quliyevə 6 il həbs istənildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevə cəza istənilib. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, R.Quliyevin 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses dekabrın 16-a təxirə salınıb. Qeyd edək ki, Rasim


29.11.2021 - 18:19

Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun Rasim Quliyevin məhkəməsinə çağırılması barədə vəsatət qaldırılıb

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rasim Quliyevin səhhətində problem olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib. O, Rasim Quliyevin


10.09.2021 - 17:39

Hacıbala Abutalıbova YAP-da VƏZİFƏ VERİLDİ

Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının tərkibinə daxil edilib. Məlumata görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Onlar Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) daxil edilib. Qeyd edək ki, İdarə Heyətinin iclasında T.Əhmədov partiyanın Yasamal


Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15