Şənbə, 20 Aprel

Axtarış

18” üzrə 2890 nəticə tapıldı

20.12.2022 - 19:24

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş - YENİLƏNİ

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş. Məlumata görə, hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb. Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır. Faktla bağlı araşdırmalar davam etdirilir. 11:10 Biləsuvarda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Biləsuvar şəhərində ümumi


20.12.2022 - 14:16

Bakıda nə qədər şagird və müəllim var?

Bakıda şagird və müəllimlərin sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi


20.12.2022 - 11:20

Bakı məktəblərində işə qəbul üzrə imtahan keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 12 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunan test imtahanında 1 359 nəfər iştirak


20.12.2022 - 09:21

İranda etirazlarda ölənlərin sayı 500-ü ötüb

İranda etirazlarda 503 nəfər həlak olub. Xəbər verilir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 652 nəfər tələbədir.


19.12.2022 - 14:10

Suraxanıda 189 nəfər saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nə


19.12.2022 - 13:32

Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. Bunu  ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib. Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükə


19.12.2022 - 12:26

Erməni separatçılar Xocavənddə minaya düşüblər

Dekabrın 18-i günorta saatlarında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelərdən birində mina partlayıb. Əldə etdiyimiz məlumata görə, partlayış nəticəsində separatçı dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar. Samvel adlı separatçı dəstənin ü


19.12.2022 - 10:00

Bakının mərkəzində salınacaq 30 hektarlıq meşə-parkın - Görüntüləri

Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb. Xəbər verilir ki, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni park 30 hektar ərazidə yerləşəcək və meşə-park tipli olacaq. Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub. Bundan başqa, yeni tikiləcək parkı yolun əks tərəfindəki


18.12.2022 - 14:51

Goranboyda 18 yaşlı qız dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Xəbər verilir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb. 2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.


18.12.2022 - 12:17

Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb

Dekabrın 18-i bazar günü Moskva hava limanlarında 49 reys gecikib, 12 reys isə ləğv edilib . Xəbər verilir ki, gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə olunur. Xidmətin məlumatına görə, Vnukovoda 11 reys gecikir, 8 reys isə ləğv edilir . Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib. Həmçinin  Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv edilib. Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında gecikmələr və ləğ


17.12.2022 - 20:50

Gələn il qiymətlər bahalaşacaq? - “Dolların məzənnəsi...”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputat Vahid Əhmədovla müsahibəni təqdim edirik. - Vahid müəllim, parlamentdə Azərbaycanda satılan dərmanın qiymətlərini tez-tez gündəmə gətirirsiniz. Dərman qiymətlərinin yüksək olmasının səbəbi nədir və çıxış yolunu nədə görürüsünüz? - Parlamentin son büdcə müzakirələrində inflyasiya ilə bağlı məsələlərə toxunduq. İ


17.12.2022 - 19:47

Azərbaycanda COVID-19-a yoluxanların SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 825 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20